Azərbaycan 3 ölkədən nərə balığı alışını bərpa edib
- 22 iyun, 2023
- 12:59
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 932 min ABŞ dolları dəyərində 461,52 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 347 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % çoxdur) 290 ton (+15 %), Polşadan 238 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 68,14 ton (+5,2 dəfə), İtaliyadan 74,14 min ABŞ dolları dəyərində (-48 %) 9,89 ton (-59 %), Türkiyədən 72,28 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 17,89 ton (+2,8 dəfə), Çindən 59,92 min ABŞ dolları dəyərində 14 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Altı il 8 aylıq fasilənin ardından İspaniyadan (1,65 min ABŞ dolları dəyərində 1,11 ton), 5 il 2 ayın tamamında Norveçdən (4 min ABŞ dolları dəyərində 2 ton) və 4 il 4 aylıq aradan sonra Ukraynadan (1,12 min ABŞ dolları dəyərində 0,5 ton) tədarük bərpa edilib.