Azərbaycan 3 ölkədən kartof tədarükünü bərpa edib
- 27 yanvar, 2022
- 11:07
Ötən ilin 11 ayı ərzində Azərbaycana 39 milyon 334,2 min ABŞ dolları dəyərində 161 min 395,55 ton kartof idxal olunub.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 38,19 %, kəmiyyət olaraq – 38,58 % artıb.
Hesabat dövründə Azərbaycan İrandan 35 milyon 677,55 min ABŞ dolları dəyərində 147 min 027,77 ton, Türkiyədən 1 milyon 633,08 min ABŞ dolları dəyərində 6 min 500,96 ton, Gürcüstandan 1 milyon 565,85 min ABŞ dolları dəyərində 6 min 291,45 ton, Ukraynadan 373,5 min ABŞ dolları dəyərində 1 min 346,11 ton, Rusiyadan 47,57 min ABŞ dolları dəyərində 126,35 ton, Misirdən 21,95 min ABŞ dolları dəyərində 54 ton, Pakistandan 14,67 min ABŞ dolları dəyərində 48,9 ton, Fransadan 0,03 min ABŞ dolları dəyərində 0,01 ton kartof alıb.
2020-ci ilin eyni dövrü ilə müqayisədə İrandan idxal müvafiq olaraq 86,79 % və 85,73 % artıb, Türkiyədən – 27 dəfə və 26,9 dəfə artıb, Gürcüstandan – 7 dəfə və 6,8 dəfə artıb, Rusiyadan – 190 dəfə və 285 dəfə azalıb, Pakistandan – 3,5 dəfə və 3,5 dəfə azalıb. Bir il 5 aylıq fasilənin ardından Ukraynadan, 1 il 4 aylıq aradan sonra Fransadan, iki ilin tamamında Misirdən kartof tədarükü bərpa edilib.