Azərbaycan 2 ölkəyə soğan satışını bərpa edib

ASK
  • 20 iyun, 2023
  • 11:13
Azərbaycan 2 ölkəyə soğan satışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 765,3 min ABŞ dolları dəyərində 3 min ton soğan ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq 15 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 442,6 min ABŞ dolları dəyərində 2 min 307 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 271,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 87 % çoxdur) 495,2 ton (+3 dəfə), Türkmənistana 22,4 min ABŞ dolları dəyərində 124,5 ton, Ukraynaya 19,5 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 42,2 ton (+92,3 %), Moldovaya 5,2 min ABŞ dolları dəyərində 20,9 ton məhsul satıb.

Dörd ilin tamamında Türkmənistana, 3 il 6 aylıq fasilənin ardından Moldovaya soğan tədarükü bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti