Azərbaycanda yağıntıların həddindən artıq olması və ondan sonra kəskin istilərin düşməsi narla bağlı məhsuldarlığa təsir göstərib.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
"Hazırda bağlarda yekun aqro-texniki qulluq prosesləri gedir. Ümumilikdə hava şəraiti ilə bağlı bəzi yerlərdə sel və digər yağıntı fəsadları özünü göstərib. Narçılığın geniş yayıldığı coğrafi ərazilərdə də bunu müşahidə edirik. Fikrimcə, bəzi regionlarda fermerlərimiz adıçəkilən problemlə üzləşə bilərlər. Amma hələ ki, bu fəsadların statistik göstəricisi ilə bağlı yekun fikir bildirmək mümkün deyil. Çünki bununla bağlı yalnız yığım zamanı rəy verilə bilər. Yığım isə sentyabrın sonu, oktyabrın ilk on günlüyündə başlayacaq”, - deyə o qeyd edib.