“Ağıllı kənd”in infrastrukturunun hazırlıq vəziyyəti nə yerdədir?

“Ağıllı kənd”in infrastrukturunun hazırlıq vəziyyəti nə yerdədir? “Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində tikilən 200 fərdi ekoloji evin böyük əksəriyyətində işlər yekunlaşıb”.
ASK
1 Noyabr , 2021 15:01
“Ağıllı kənd”in infrastrukturunun hazırlıq vəziyyəti nə yerdədir?

“Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində tikilən 200 fərdi ekoloji evin böyük əksəriyyətində işlər yekunlaşıb”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov deyib.

Onun sözlərinə görə, kənddə evlərin bir çoxu mebel dəsti ilə təmin edilib: “Hazırda kənddə sosial sahələr üzrə bir çox fəaliyyətlər həyata keçirilir. 360 şagird üçün nəzərdə tutulmuş məktəb binasında son tamamlama işləri aparılır. Kənddə tikilən 4 sosial binanın tikintisi qısa müddətdə yekunlaşacaq. Alternativ enerji mənbələri üzrə su elektrik stansiyaları üçün süni göl yaradılıb. Bu süni gölün ümumi su tutumu 150 min kubmetrdir. Həmin su tutarda da artıq işlər son mərhələdədir. Bütün işlər qrafikə uyğun aparılır, ən qısa vaxtda birinci, ikinci, üçüncü Ağalı kənd sakinləri hissə-hissə köçürüləcəklər”.

Ə.Abbasov qeyd edib ki, “Ağıllı kənd”də işlər ağıllı yaşayışın, ağıllı istehsalatın, sosial xidmətlərin, ağıllı kənd təsərrüfatının, maksimum alternativ enerji istehsalının üzərində qurulub: “Bütün komponentlər üzrə işlər çox sürətlə davam edir”.

“Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək.

Son xəbərlər

Orphus sistemi