ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsində tədrisə başlanılacaq

ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsində tədrisə başlanılacaq Bu ilin sentyabr ayında ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsində iki bakalavr və bir magistr proqramına başlanılacaq.
ASK
21 May , 2024 17:58
ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsində tədrisə başlanılacaq

Bu ilin sentyabr ayında ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsində iki bakalavr və bir magistr proqramına başlanılacaq.

"Report" xəbər verir ki, bunu fakültənin dekanı, İtaliyanın Bolonya Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Departamentinin Kənd Təsərrüfatı İqtisadiyyatı və Siyasəti professoru Matteo Vittuari bildirib.

Onun sözlərinə görə, bakalavr pilləsi kənd təsərrüfatı və qida texnologiyaları, magistratura pilləsi isə kənd təsərrüfatı və qida sisteminin idarə edilməsi üzrə olacaq.

"Fakültə rəsmən ötən ilin oktyabr ayında açılıb və bu günə qədər kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri, o cümlədən dayanıqlı bağçılıq sistemləri üzrə sertifikat proqramları təklif olunub", - deyə dekan qeyd edib.

Son xəbərlər

Orphus sistemi