“Report”: Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə rıçaqlara ehtiyac var - ŞƏRH

“Report”: Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə rıçaqlara ehtiyac var - ŞƏRH Bu sahədə təkcə maarifləndirmə ilə kifayətlənmək olmaz
Analitika
1703
8 Oktyabr , 2018 16:25
“Report”: Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə rıçaqlara ehtiyac var - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı bu günlərdə daha bir addım atıldı. Prezident İlham Əliyev “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqlədi.

“Report”un analitik qrupu xatırladır ki, proqramın icrası nəticəsində Azərbaycanda nağdsız ödənişlərin illik həcminin, təqribən, 17 mlrd. manat artacağı gözlənilir. Son nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə düşməlidir. Hazırda Azərbaycanda ümumi pul dövriyyəsi 200 mlrd. manata yaxındır ki, bunu da cəmi 26%-i nağdsız formadadır.

Qeyd edək ki, Azərbaycanda sayı getdikcə artan ödəniş sistemlərinin sayəsində hər il plastik kartlarla internet ödənişlərində 10%, POS-terminallarla ödənişlərdə isə, təxminən, 2 dəfə artıma nail olunur. Bununla belə, ölkədə nağdsız ödənişlərlə bağlı vəziyyət hələ ki, qaneedici səviyyədə deyil.

Əhali arasında nağdsız ödənişlərə maraq oyatmaq üçün maarifləndirmə işləri ilə yanaşı, bir sıra rıçaqlardan da istifadə etməyə ehtiyac var. Məsələn, bir sıra ölkələrdə əhalinin aztəminatlı təbəqəsinə “Baza bank hesabı” adlı xidmət göstərilir ki, bu da onların maliyyə xidmətlərinə çıxış imkanlarını artırır, insanları nağdsız ödənişlər aparmağa stimullaşdırır.

Bundan başqa, vətəndaşların maaş və pensiya kartlarındakı pulun bir hissəsini (ilkin dövr üçün 50%-ni) nağd formada xərcləməsinə məhdudiyyət qoyula bilər. Yəni inzibati yolla da nağdsız ödənişlərin payını artırmaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi