​Ermənilərin xasiyyəti dəyişməyib, yaxud Türkiyə konsulluğu qarşısında məzhəkə - ŞƏRH

​Ermənilərin xasiyyəti dəyişməyib, yaxud Türkiyə konsulluğu qarşısında məzhəkə - ŞƏRH Onlar Türkiyənin diplomatlarını təxribata çəkməklə mənəvi terror etməyə cəhd göstərirlər
Analitika
21 İyun , 2015 10:39
​Ermənilərin xasiyyəti dəyişməyib, yaxud Türkiyə konsulluğu qarşısında məzhəkə - ŞƏRH

Bakı. 21 iyun. REPORT.AZ/ Zaman ötsə də, nəsillər bir-birini əvəzləsə də, erməni etnik qrupunun türk millətinə qarşı düşmənliyi nəinki ara vermir, əksinə, güclənir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Daşnaksütun" Partiyasının "Yeni nəsil" Gənclər Birliyinin bir qrup üzvü Fransanın Lion şəhərindəki Türkiyənin konsulluğunun inzibati binası qarşısında aksiya keçiriblər.

Bu aksiya ilə bağlı videonu şərh edənlər bildirib ki, guya, Türkiyə konsulu onları "təpikləyib", konsulun xanımı isə həmin ermənilərin üzərinə "pivə töküb".

Düzdür, həmin videoda bir qadın əlindəki mayeni onların üstünə səpələyir, ancaq onun konsulun xanımı və əlindəki qabda pivənin olması ermənisayaq şərləmədir.

Ümumiyyətlə, videogörüntülərdə fərqli səhnələr də var: həmin gənclər və onları mühasirəyə alanlar Türkiyə və türk millətinin əleyhinə şüarlar deyir, türkəri təhqir edirlər.

Onların bu çıxışına bir neçə nəfər də etirazını bildirir və s.

Bu sayaq təxribat, özlərini dünyanın ən məzlum etnik qrupu kimi təqdim etmək klassik erməni üsuludur.

Türkiyə konsulluğunun binası qarşısında aksiya keçirən ermənilərin böyükləri uzun illər türk diplomatlarını terror ediblər. İndi buna imkanları olmadığından, Türkiyənin diplomatlarını təxribata çəkməklə mənəvi terror etməyə cəhd göstərirlər.

Bu onu göstərir ki, nəsillər dəyişsə də, ermənilərin türklərə qarşı təbliğatı, onu düşmən kimi təqdim etməsi mərəzi sağalmayıb. Bu sayaq məzhəkələr, şoular isə erməni etnosunun xəstə olduğunu təsdiqləyir. Adətən psixi pozğunluğu olan xəstələrin irəli sürdüyü iddialara qulaq asılsa da, ona önəm verilməz. Ancaq ən təəssüfləndirici hal budur ki, belə bir xəstə bir toplumun iddiaları ilə özünü dünyanın ədalətli sayan dövlətləri və millətləri hesablaşır...

Son xəbərlər

Orphus sistemi