Ekspert: "ABŞ-KXDR sammiti tərəflərin gözləmədikləri nəticəni verib" - ŞƏRH

Ekspert: "ABŞ-KXDR sammiti tərəflərin gözləmədikləri nəticəni verib" - ŞƏRH Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasındakı Hanoyda keçirilən görüş zamanı onların güzəştə getməmələri Koreya yarımadasında nüvə silahının ləğvinin hər iki tərəf üçün mühüm əhəmiyyət daşıması ilə bağlıdır.
Analitika
28 Fevral , 2019 14:36
Ekspert: ABŞ-KXDR sammiti tərəflərin gözləmədikləri nəticəni verib - ŞƏRH

Bakı. 28 fevral. REPORT.AZ/ "ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasındakı Hanoyda keçirilən görüş zamanı onların güzəştə getməmələri Koreya yarımadasında nüvə silahının ləğvinin hər iki tərəf üçün mühüm əhəmiyyət daşıması ilə bağlıdır".

Bunu “Report”a ikinci ABŞ – KXDR zirvə görüşünü şərh edən Şimali Koreya üzrə rusiyalı ekspert Vladimir Xrustalyov bildirib.

“Əsas nəticə işlərin tərs getməsidir, yəni hər iki tərəfin gözləmədiyi məcrada getməsidir. Təfərrüatlar sonra üzə çıxacaq. Digər tərəfdən, müəyyən razılaşmalar, görünür, əldə olunub, qarşıdan uzun-uzadı, əziyyətli siyasi bazarlıq gəlir”, –  ekspert bildirib.

V.Xrustalyov ABŞ-ın qarşı tərəfdən sürətli, tammiqyaslı, açıq nəzarət olunan, geri dönüşü olmayan nüvə silahsızlaşdırılması istədiyini, Şimali Koreyanın isə ABŞ tərəfindən həqiqətən əhəmiyyətli güzəştlər müqabilində bir sıra məhdudiyyətlərə və nisbi şəffaflığa hazır olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi