Türkiyə dörd aydan sonra yeni Türkiyə olacaq - ŞƏRH

Türkiyə dörd aydan sonra yeni Türkiyə olacaq - ŞƏRH İyunun 7-dəki siyasi kampaniyadan sonra ölkə tarixi üçün ən önəmli proses başlayacaq
Analitika
2 Fevral , 2015 11:51
Türkiyə dörd aydan sonra yeni Türkiyə olacaq - ŞƏRH

Bakı. 2 fevral. REPORT.AZ/ Bu il iyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Bu siyasi kampaniyanın əvvəlkilərdən bir sıra özəllikləri ilə seçiləcəyi gözlənilir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası seçkidə 10 faizlik baryerin aşağı salınması və ya tamamilə aradan qalxması mövqeyindən çıxış edir.

AKP 18 yaşa çatan vətəndaşların parlamentə seçilməsini dəstəkləyir. Hakim siyasi qüvvə parlamentdə daha çox siyasi qurumların iştirakı tərəfdarı kimi görünür.

Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkidə 31 siyasi partiya iştirak edəcək.

Bu və başqa təklifələrin və şərtlərin hakim partiyaya qazandıracağı üstünlükləri şərh etmək niyyətində deyilik. Ancaq iyunun 7-dəki siyasi kampaniyadan sonra Türkiyə tarixi üçün ən önəmli proseslərin başlayacağını indidən ehtimal etmək olar.

Bunlardan biri Türkiyə yeni Konstitusiyasının qəbulu, onunla birlikdə isə ölkənin prezident idarəetmə sisteminə keçməsidir.

Məlum olduğdu kimi, mövcud qanunvericiliyə uyğun olaraq, indiki prezident yalnız "vətənə xəyanət" maddəsi ilə ittham edilə bilər. Yeni sistemdə isə prezident baş nazir və nazirlər kimi məsuliyyət daşıyacaq. Millət vəkillərinin üçdə ikisinin təklifi ilə prezidentə qarşı araşdırma aparıla, 4-də üçünün səsi ilə cinayət  məsuliyyətinə cəlb edilə bilər.

İndiki qaydalara əsasən, Konstitusiya Məhkəməsi prezidenti Ali Məhkəmə kimi mühakimə edir. Yenidə isə prezidenti nazir, deputatlar və Konstitusiya Məhkəməsi üzvlərindən formalaşacaq, yeni gücləndirilmiş bir heyət mühakimə edə biləcək.

Prezidentlik sistemində seçici 5 ildən bir, eyni gündə həm prezidentliyə, həm də millət vəkilliyinə namizədlərə səs verəcək.

Yeri gəlmişkən, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin prezident idarəetmə sisteminə keçməsini təbliğ edərkən, daha çox ABŞ-dakı mövcud qurluşu örnək göstərir. Odur ki, Türkiyənin üstünlük verəcəyi dövlət idarəetmə sisteminin ABŞ-a uyğunlaşdırılacağını ehtimal etmək olar.

Yaxın 50 ildə mövcud parlamentli sistem ölkədə çoxsaylı problemlər yaradıb, onun siyasi və iqtisadi baxımdan inkişafını əngəlləyib. Düzdü, mövcud sistemin demokratiyanın inkişafına da yardım etdiyini qeyd etmək olar. Ona görə də AKP-nin keçmişdəki siyasi və hökumət böhranlarından perspektivdə yayınmaq üçün də prezident sisteminə üstünlük verdiyi istisna edilmir.

Ötən il ölkə tarixində ilk dəfə ümumxalq səsverməsi yolu ilə prezidentin seçilməsi, siyasi partiya və cəmiyyətin də yeni sistemə maraq göstərdiyini təsdiqləyir.

Bu baxımdan, ehtimal etmək olar ki, 2015-ci ilin ikinci yarısından sonra Türkiyə prezidentli Respublika olacaq.

Parlament seçkisindən sonra Türkiyənin qarşısında daha ciddi problemlərin duracağı istisna edilimir.

Yeni Konstitusiyanın qəbulu ölkənin yeni idarəçiliyi forması ilə yanaşı, unitarlıq məsələsinə də aydınlıq gətirəcəyi gözlənilir. Yeni Əsas Qanunda ölkədəki etnik qrupların milli-mədəni haqların təmini heç şübhəsiz yer alacaq. Ehtimal etmək olar ki, vətəndaşlıq məsələsinə və onun roluna önəm veriləcək.

Beləliklə, bu və başqa bu kimi suallara 4 aydan sonra yeni Türkiyədə aydınlıq gətiriləcək. 

Son xəbərlər

Orphus sistemi