Urs Unkauf: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması bölgənin inkişafına xidmət edəcək

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgənin əlaqələndirilməsinə və inteqrasiyasına xidmət edəcək.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu VII ADA Siyasi Forumu çərçivəsində Alman Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının rəhbəri Urs Unkauf deyib.

O qeyd edib ki, bu regionda yaxın gələcəkdə sabitliyin təmin olunmasına ümidlidir:

“Cənubi Qafqazda, Xəzər regionu kimi də adlandıra biləcəyimiz bu regionda daha çox regional etimad yaranacağına inanırıq”.

Digər xəbərlər