Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyevlə görüşüb.
“Report”un məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Fuad Nağıyevlə məhsuldar görüşümüz oldu. Ukrayna və Azərbaycan turizm sahəsində əlaqələri möhkəmləndirir. Qarşıda yeni üfüqlər gözləyir!", - o bildirib.