Ukrayna səfiri: “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar Azərbaycana inamla irəliləməyə imkan verib”

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş ideyalar və islahatlar Azərbaycanın inamla irəliləməsinə imkan verib.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk səhifəsində yazıb.

Ukraynalı diplomat bu gün Fəxri xiyabana gedərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

“19 il əvvəl Azərbaycan xalqının ümummilli lideri - Azərbaycan Respublikasının dirçəlişində və möhkəmlənməsində, eləcə də Ukrayna ilə dostluq əlaqələrinin möhkəmlənməsində və genişlənməsində xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev dünyasını dəyişib!

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ideyalar və islahatlar Azərbaycana XXI əsrə güclü və müstəqil, çətin sınaqların və çağırışların öhdəsindən gəlməyə qadir dövlət kimi daxil olmağa, inamla irəliyə doğru addımlamağa imkan verib!”, - səfirin paylaşımında deyilir.

Digər xəbərlər