Gürcüstan XİN rəhbəri: TRIPP regional nəqliyyat əlaqəliliyinin gücləndirilməsi üçün vacibdir

TRIPP təşəbbüsü ("Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" layihəsi) regional nəqliyyat əlaqəliliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Biz həmçinin regional nəqliyyat əlaqəliliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən TRIPP təşəbbüsünün vacibliyini qeyd etdik və müzakirə etdik. Biz bu istiqamətdəki işləri diqqətlə izləyirik və hesab edirik ki, Cənubi Qafqazın güclənməsinə və nəqliyyat əlaqəliliyinin inkişafına töhfə verən bütün layihələr, şübhəsiz ki, regionumuz üçün vacibdir", - Boçorişvili deyib.

O əlavə edib ki, C.Bayramov ilə danışıqlar zamanı qlobal prosesləri və regiondakı geosiyasi vəziyyəti müzakirə edib.

Digər xəbərlər