Son zamanlarda Cənubi Qafqazdakı yeni reallıqlar fonunda ötən ildən etibarən Azərbaycan tərəfindən Ermənistana tranzitə icazə verilib.
"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir deyib ki, ötən ilin sonlarından uzun fasilədən sonra Azərbaycandan yeni addım atılıb, Ermənistana bəzi məhsulların tranziti başlayıb ki, bu da Gürcüstan nəqliyyat sistemi vasitəsilə həyata keçirilib:
"Bu olduqca müsbət töhfədir".