Azərbaycanla Gürcüstan arasında bu ilin ilk 9 ayında 900 milyon ABŞ dolları ticarət dövriyyəsi mövcuddur ki, bu ötən ilin göstəricisini artıq keçib.
"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycandan Gürcüstana 4 milyard dollar investisiya qoyulub və bunun 2,1 milyardı SOCAR tərəfindən edilib. O qeyd edib ki, Gürcüstandan Azərbaycana isə 460 milyon ABŞ dolları investisiya yatırılıb.