Bakı-Supsa layihəsi gələcəkdə həcmlər artdıqca, müvafiq razılaşmalar, danışıqlar əsasında yenidən istifadəyə verilə bilər.
"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, mənbəyi Azərbaycan, yaxud Xəzər dənizinin Azərbaycan sektoru olan layihələr iki ölkə üçün əhəmiyyətlidir:
"Bu həm də çox geniş coğrafiyanın enerji təchizatı üçün önəmli xarakter daşıyır. Bu xüsusda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyəti də çox böyükdür. Bu etibarlı xam neft əldə edilmə vasitəsidir".
C. Bayramov hesab edir ki, həmçinin Cənub Qaz dəhlizi də bu kontekstdə şübhəsiz qeyd edilməlidir.