Ceyhun Bayramov: Maka Boçorişvilini qəbul etməkdən məmnunluq duydum

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul etməkdən məmnunluq duydum.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında yazıb.

Qeyd olunub ki, danışıqlar zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının geniş gündəliyi, eləcə də siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, logistika və yaşıl enerji sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub:

"Ölkələr arasında tarixi dostluq, mehriban qonşuluq münasibətləri və qarşılıqlı etimadın əhəmiyyəti, həmçinin davamlı yüksək səviyyəli dialoqun və institusional əməkdaşlığın strateji tərəfdaşlığımızın möhkəmləndirilməsinə verdiyi töhfə vurğulanıb.

Cənubi Qafqazda baş verən proseslər, regionda sülh və sabitliyin təşviqi istiqamətində səylər, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq qətiyyətimiz bir daha təsdiqlənib".

Digər xəbərlər