2011-ci ildə Meksika Konqresi Xocalı soyqırımını tanıyan ilk belə orqan olub.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.
"Biz birinci olmuşuq. Yalnız bundan sonra digər ölkələrin konqresləri belə qərar qəbul etdilər", - o deyib.
Xatırladaq ki, 2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğalını, xüsusilə də Xocalıda törədilən soyqırımı qətiyyətlə pisləyən qətnamə qəbul edib.