"Azərbaycanın Böyük Britaniya ilə təhsil və biznes sahəsində əlaqələri daim möhkəmlənir".
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviter səhifəsində yazıb.
O, paylaşımda “British Council”, Böyük Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatası, Azərbaycan – Britaniya Məzunları İctimai Birliyi və London Biznes Məktəbinin nümayəndələri ilə görüşdüyünü bildirib.