Rəis müavini: Təmiz Enerji Mərkəzi BMT Sənaye İnkişafı Təşkilatının bir hissəsi olacaq

Təmiz Enerji Mərkəzi BMT Sənaye İnkişafı Təşkilatının (UNIDO) bir hissəsi olacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsi rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsində sonra keçirilən sual-cavab sessiyasında deyib.

O qeyd edib ki, hazırda regional mərkəzin yaradılması ilə bağlı son hüquqi prosedur icra olunur:

“ECO çərçivəsində bizim yaşıl enerji layihəmiz mövcud deyil. Hesab edirəm ki, bu baxımdan Azərbaycanda yaradılacaq Təmiz Enerji Mərkəzi mühüm əhəmiyyət daşıyır”.

Xəbər lenti

"Milk-Pro" ləğv olunur 13 iyun, 2025 / 12:35