Qazaxıstan Aktaunu 2030-cu il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı kimi təklif etmək niyyətindədir.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov ECO-nun 17-ci sammitində bildirib.
"Turizm davamlı inkişafın əsas amilidir. Regional turizmin təşviqi məqsədilə biz Aktau şəhərini 2030-cu il üçün Təşkilatın turizm paytaxtı kimi təklif etdik. Aktau - müasir infrastrukturu, zəngin tarixi olan Xəzər regionunda mühüm şəhərdir", - O.Bektenov bildirib.
O əlavə edib ki, cari ilin sentyabrında Qazaxıstan Aktauda ECO-nun beynəlxalq turizm forumunu keçirməyi planlaşdırır.