Bakı. 30 may. REPORT.AZ/ Peru və Azərbaycan anlaşma memorandumu imzalamağa planlaşdırır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib.
O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq üçün bir sıra sahələr mövcuddur.
"Biz artıq bir neçə razılaşma imzalamışıq. Bu çox sahələri əhatə edir: siyasət, turizm, iqtisadiyyat, mədəniyyət. Və biz hazırda Azərbaycan və Peru arasında imzalanması planlaşdırılan beynəlxalq əməkdaşlıq üzrə anlaşma memorandumuna dair danışıqların ikinci mərhələsini müzakirə edirik. Düşünürəm ki, bu, cari ildə ola bilər", - deyə Luis Çanq Boldri bildirib.
Luis Çanq Boldrinin sözlərinə görə, Perunun Azərbaycana ilk səfirinin təyin olunması bu əməkdaşlığı intensivləşdirəcək.