Azərbaycandan Şimali Kipr Türk Respublikasına (ŞKTR) investisiya qoyacaq qadınlara da ŞKTR-də qadınlara verilən eyni imtiyazlar verilə bilər.
Bunu "Report"a müsahibəsində ŞKTR-nin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu deyib.
O, qeyd edib ki, Şimali Kiprdə yeni iş quracaq qadınlara 100% əlavə ödəmə və ya maddi stimullaşdırma dəstəyi verilir:
"Bu səbəbdən bütün sosial sığorta haqlarını dövlət ödəyir. Azərbaycandan ŞKTR-ə investisiya qoyacaq qadınlara da bizim qadınlara verilən eyni imtiyazlar verilə bilər. Bu məsələləri gələcək dövrdə Azərbaycan tərəfi ilə müzakirə edəcəyik".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.