XİN başçısı: "Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb"

Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib: “Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVID-19 çərçivəsində iki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb".

Xəbər lenti

4SİM auditor seçib 18 aprel, 2025 / 09:38