Müvəqqəti işlər vəkili: Azərbaycan və Çin arasında əlaqələr yaxşı inkişaf mərhələsindədir

“Azərbaycan ilə Çin arasında ikitərəfli əlaqələr bu gün yaxşı inkişaf mərhələsindədir”.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan-Çin mədəniyyətinin və turizminin təşviqi mövzusunda keçirilən konfransda deyib.

“Diplomatik münasibətlər qurulandan bəri ölkələrimiz arasındakı əməkdaşlıq həmişə sabit olub. Hazırda bu əməkdaşlıq ölkə liderlərinin sayəsində strateji xarakter alır”, - o bildirib.

Din Taonun sözlərinə görə, “Kəmər-Yol” və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təşəbbüsləri əməkdaşlıqda mühüm rol oynayır.

“Parlamentarilər arasındakı sıx əlaqələr də mühüm rol oynayır”, - müvəqqəti işlər vəkili vurğulayıb.

Diplomat ölkələr arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini də qeyd edib: “Çində artıq Azərbaycanın 5 ticarət evi fəaliyyət göstərir”.

Digər xəbərlər