Avroatlantik məkanda dəyərlərin sarsılması müşahidə olunur.
“Report” xəbər verir ki, bunu Monteneqronun sabiq Prezidenti Milo Cukanoviç XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda geosiyasi dəyişikliklərə diqqət yetirmək gündəmdə olan prosesləri başa düşməyə kömək edir:
“Siyasi analitiklərə bugünkü dəyişiklik məlumdur. Avroatlantik məkanda dəyərlərin sarsılması müşahidə olunur. ABŞ-də siyasətin səviyyəsi aşağı düşür. Bu da hansısa kənar təsirlərə görə baş vermir. İnsanlar demokratiyanı avtokratiya ilə dəyişməyin tərəfdarına çevrilməyə başlayıb. Sanki ötən əsrin otuzuncu illərindəki məfkurəyə qayıdırlar. Çünki həmin dövrdə populist liderlər insanları daha çox cəlb edirdi, indi də buna meyil var. Bu baxımdan avroatlantik dəyərlərin qorunması üçün ciddi addımlar atılmalıdır".