Bakı. 28 sentyabr. REPORT.AZ/ MDB dövlət başçılarının növbəti zirvə görüşü gələn il oktyabrın 11-də Aşqabad şəhərində keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının Düşənbədəki iclasında MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.
O, həmin qərarın Türkmənistanın təklifi əsasında verildiyini qeyd edib.