Latviyanın sabiq prezidenti: İqlim dəyişikliyinin qadınlara təsiri daha qabarıq formada özünü göstərir

Dünyanın müəyyən bölgələrində qadınlar çox ciddi riskə məruz qalır.

“Report” xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti 1999-2007, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XII Qlobal Bakı Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, bəzən bu məsələ çox da diqqətə alınmır:

“ABŞ Prezidenti Donald Tramp bu məsələlərə laqeyd yanaşır. Hətta o düşünür ki, yaşıl iqtisadiyyat, iqlim dəyişikliyi kimi məsələlər mücərrəd mövzudur”.

Həmsədr deyib ki, iqlim dəyişikliyi bütün insanlara təsir edir:

“Amma burada qadınlara təsir məsələsi daha qabarıq formada özünü göstərir. Bu ciddiyə alınacaq mövzudur”.

Digər xəbərlər