Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakı və Tbilisi arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.
“Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün şərait mövcuddur.
"Ölkələrimiz arasında dostluq qarşılıqlı hörmətə və milli maraqların qarşılıqlı surətdə nəzərə alınmasına əsaslanır. Biz qarşılıqlı etimadın və deyilən sözün dəyərini anlayırıq. Buna görə də Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvidir", - M.Kavelaşvili əlavə edib.