Əymən Əs-Səfadi: İordaniya və Azərbaycan arasında ticarət, turizm və biznes sahələrində əlaqələr genişləndirilməlidir

İordaniya və Azərbaycan arasında ticarət, turizm və biznes sahələrində əlaqələr genişləndirilməlidir.

"Report" xəbər verir ki, bunu İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, İordaniya Azərbaycanla tarixi münasibətləri daim məmnunluqla xatırlayır:

"İki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir. İordaniya və Azərbaycan arasında həm biznes, həm ticarət, həm də turizm və digər sahələrdə əlaqələr daha da genişlənə bilər. Təbii ki, Azərbaycanla müzakirələri davamlı şəkildə aparacağıq".

XİN başçısı bildirib ki, qarşılıqlı vizanın ləğvi turizm və biznes sektoru üçün çox ciddi fayda verəcək.

Digər xəbərlər