Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfirini qəbul edib

Bakı. 6 iyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib. 

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Mariya Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Səfir Mariya Seoane fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Digər xəbərlər