Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub: "Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq". 

Digər xəbərlər