Elmar Məmmədyarov MDB-nin tədbirində iştirak edir

Xarici işlər naziri Elmar Məmmədyarov MDB ölkələri xarici işlər nazirlərinin videokonfrans şəklində keçirilən görüşündə iştirak edir.

“Report” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarovun görüşdə nitq söyləyəcəyi gözlənilir.

Görüş iştirakçıları koronavirusla müştərək mübarizə tədbirlərini, regional və beynəlxalq siyasətinin aktual məsələlərini müzakirə edəcəklər.

Digər xəbərlər