Elmar Məmmədyarov Belarusa səfərə gedib

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə "Report"a XİN-dən məlumat verilib. 

E.Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Tədbir çərçivəsində nazir E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Digər xəbərlər

Laos AQEM-ə üzv qəbul edilib 14 oktyabr, 2026 / 15:33