Deputat: Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparır

Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu gün tarixə siyasi və mədəni təkəbbürlə yanaşılır:

"Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxsaq da, mədəniyyətinə rəğbət bəsləyirik. Azərbaycanın Fransa mədəniyyətindən təsirlənib tanınan dahiləri var. Fransa digər dövlətlərə qarşı təkəbbürlü siyasətini dayandırmalıdır".

Digər xəbərlər