9 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Mişel Pitermansın etimadnaməsinin surətini qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Mişel Pitermansı təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Belçika arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. Eyni zamanda, o, Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən bəhs edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Səfir Mişel Pitermans öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. Səfir, iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Belçika arasında iqtisadi, ticarət, kommersiya və təhsil sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub və qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə, habelə, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Belçikanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
Digər xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
29 oktyabr, 2026 / 23:46
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
29 oktyabr, 2026 / 21:48
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
29 oktyabr, 2026 / 20:31
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
29 oktyabr, 2026 / 18:20
Zaqrebdə Azərbaycanın yaşıl keçidin irəlilədilməsindəki nailiyyətləri açıqlanıb
29 oktyabr, 2026 / 18:13
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29 oktyabr, 2026 / 17:28
Naxçıvan Ali Məclisinin deputatı Avropa Şurasının rəhbər orqanına üzv seçilib
29 oktyabr, 2026 / 16:18
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29 oktyabr, 2026 / 16:00
Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
29 oktyabr, 2026 / 15:34
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
29 oktyabr, 2026 / 14:20
Kamran Əliyev Səudiyyə Ərəbistanının antikorrupsiya qurumunun rəhbərini təltif edib
29 oktyabr, 2026 / 12:59
Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
29 oktyabr, 2026 / 12:46
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
29 oktyabr, 2026 / 12:16
Azərbaycan və Rusiya prokurorluqların əməkdaşlığını aktivləşdirmək barədə razılığa gəlib
29 oktyabr, 2026 / 11:25
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
29 oktyabr, 2026 / 11:25
Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
29 oktyabr, 2026 / 11:24