ABŞ haqqında təsəvvürlər kiçik dövlətləri öz mövqelərini ifadə etməkdən çəkindirməməlidir.
“Report” xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BRİCS və digər təşkilatlar güclü ittifaq yaratmaq üçün əlverişlidir:
“Üzv dövlətlər və namizədlər geniş spektrli fürsətlərdən yararlanıb eyni mövqe nümayiş etdirməli və mövqelərini ifadə edə bilməlidirlər. Yəni kiçik dövlətlər də həlledici rola malik ola bilərlər, tarixdə buna nümunələr var”.