Belarusun daxili işlər nazirinin müavini Azərbaycana səfərə gələcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Belarusun daxili işlər nazirinin müavini Aleksandr Barsukov bu gün Azərbaycana gələcək.

Bu barədə "Report"a Belarusun Azərbaycandakı səfirliyindən bildirilib.

Səfər çərçivəsində A.Barsukov noyabrın 14-də Bakıda keçiriləcək MDB ölkələrinin Daxili İşlər nazirliklərinin kadrlar üzrə aparat rəhbərlərinin iclasında iştirak edəcək.

Bundan əlavə, nazir müavininin Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Digər xəbərlər