Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan tərəfi ATƏT-in Vyanadakı katibliyinə nota göndərib. Bu barədə "Report"a ATƏT-in mətbuat xidmətindən məlumat veriblər.
Notada deyilir ki, iyunun 4-dən ATƏT-lə Azərbaycan arasında ATƏT-in Bakıda əlaqələndirici ofisinin yaradılması haqqında imzalanmış Anlaşma Memorandumu dayandırılır.
Notada ATƏT-ə texniki məsələləri həll etmək üçün bir ay vaxt verildiyi də qeyd olunub.
ATƏT-in mətbuat xidmətindən hazırda notaya baxıldığı bildirilib.