Almatı Prosesinin III Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi regional əməkdaşlığı daha da gücləndirəcək.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken Almatı Prosesinin III Nazirlər Konfransında deyib.
A.Erken bildirib ki, Almatı Prosesinə üzv dövlətlərdə 9.8 milyon miqranta xidmət edilir. Ümumilikdə isə sözügedən dövlətlərdə 22 milyon beynəlxalq miqrant var.
O qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı Prosesə üzv və müşahidəçi dövlətlərə qanuni miqrasiya istiqamətində dəstək verməyə hazırdır.
Qeyd edək ki, Almatı Prosesi 10 dövləti və 3 beynəlxalq təşkilatı özündə birləşdirir.