Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb, gələcək əməkdaşlığı müzakirə edib.
“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“Eldar Əzizovla çox səmərəli görüşümüz oldu. Bizi birləşdirən Azərbaycandakı alman irsi ilə bərabər gələcəkdə daha da sıx əməkdaşlıq etmək istəyidir”, - deyə o bildirib.