Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gələcək.
"Report" xəbər verir ki, bu barədə C.Boltonun "Twitter" səhifəsində yazılıb.
"Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm", - C.Bolton yazıb.