Türkiyədə məktəbli avtobusu dərəyə aşıb, 9 nəfər yaralanıb

Türkiyənin Adana vilayətinin Ceyhan rayonunda məktəbliləri daşıyan avtobus dərəyə aşıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, avtoqəza nəticəsində 2-si ağır olmaqla ümumilikdə 9 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Digər xəbərlər