Paşinyan: Rusiyanın Ermənistan dəmir yollarına böyük investisiya yatırmağa hazırlığı hələ cavabsızdır

Ermənistanın dəmir yollarının modernləşdirilməsi üçün böyük investisiyalara ehtiyacı var və məsələ ondadır ki, "Rusiya Dəmir Yolları" şirkəti lazımi maliyyələşdirməni təmin etməyə hazırdırmı.

"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Rusiya Dəmir Yolları" baş direktoru (Oleq Belozyorov - red.) işçi qrupu ilə gəldikdə mən dedim ki, bizə konkret suallara cavablar lazımdır. Əslində, sual birdir: "Rusiya Dəmir Yolları" Ermənistanın dəmir yollarını lazımi rəqabətqabiliyyətli səviyyəyə çıxarmaq üçün tələb olunan vəsaitləri yatırmağa hazırdırmı? Əgər hazırdırsa - çox yaxşı, əgər deyilsə - biz başqa investorlar tapmalıyıq", - N.Paşinyan bildirib.

O, həmçinin dekabrın 3-də Rusiyaya səfəri zamanı bu məsələni ölkə Prezidenti Vladimir Putinlə müzakirə edəcəyini də istisna etməyib.

Digər xəbərlər