Paşinyan: Yeni konstitusiyanın ilkin layihəsi gələn həftə dərc olunacaq

Ermənistanın yeni Konstitusiyasının ilkin layihəsi gələn həftə dərc olunacaq.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"Gələn həftə müəyyən müzakirələrin yekunları əsasında hazırlanmış Konstitusiyanın ilkin layihəsi dərc olunacaq", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, layihədə əvvəlki dövrdə, o cümlədən seçkiqabağı kampaniya (2026-cı ilin iyununda Ermənistan parlamentinə seçkilər - red.) zamanı müzakirə edilən əsas siyasi müddəalar yer alır.

Baş nazir həmçinin parlament müxalifətini hakim partiyanın ölkənin yeni Konstitusiyası üzrə referendumun keçirilməsi təşəbbüsünü dəstəkləməyə çağırıb.

Digər xəbərlər