Putin: Üçtərəfli görüş böyük potensial fayda gətirəcək

ABŞ, ÇXR və Rusiya liderlərinin – Donald Tramp, Si Cinpin və Vladimir Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin kənarında planlaşdırılan qarşıdakı üçtərəfli görüşü böyük potensial fayda gətirəcək.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu RF prezidenti APEC-in işgüzar sammitində çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, APEC platforması bütün səviyyələrdə və ilk növbədə aparıcı iqtisadiyyatların liderləri arasında konstruktiv ünsiyyət üçün böyük imkanlar yaradır, onlar siyasət, iqtisadiyyat, təhlükəsizlik sahəsində istənilən dövlətlərarası fikir ayrılıqlarını kompromislər və maraqlar balansı axtarışı yolu ilə müzakirə edə bilərlər.

"Buna görə də Rusiya, Çin və ABŞ liderləri arasında APEC sammitinin kənarında planlaşdırılan qarşıdakı üçtərəfli görüşdən böyük potensial fayda gözləyirəm", - V.Putin deyib.

Digər xəbərlər