Suriyada Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən könüllü qayıdan suriyalıların sayı 1 milyon 515 min 392 nəfərə çatıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.
O vurğulayıb ki, 2024-cü il dekabrın 9-dan 2026-cı il oktyabrın 31-dək 775 389 suriyalı könüllü şəkildə ölkəsinə dönüb.