Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Saqimbayev tutduğu vəzifədən azad edilib.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Milli Təhlükəsizlik Komitəsinin yeni rəhbəri vəzifəsinə Marat İrmenov təyin edilib.