Rusiya ABŞ-nin nüvə sınaqlarının bərpasına cavab verəcək

Rusiyanın Vyanada beynəlxalq təşkilatların yanındakı daimi nümayəndəsi Mixail Ulyanov Vaşinqtonun nüvə sınaqlarının bərpasına Moskvanın cavabı barədə xəbərdarlıq edib.

"Report"un məlumatına görə, bu barədə "Kommersant" qəzeti yazıb.

Diplomat könüllü milli moratoriumların vacibliyini qeyd edib. Daimi nümayəndə vurğulayıb ki, digər ölkələrin də riayət etməli olduğu bu moratoriumlar vacibdir.

"Əgər ABŞ və ya digər dövlətlər nüvə sınaqları keçirərsə, ölkəmiz də müvafiq şəkildə cavab tədbirləri görməli olacaq", - M.Ulyanov deyib.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 15 noyabr, 2026 / 07:09